Yusif Abdullayev: “2022-2023 cü illərlə müqayisədə xalça ixracımız 30 faiz artıb”

Mədəniyyət




“2022-2023-cü illərlə müqayisədə xalça ixracımız 30 faiz artıb”.

resmixeber.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, AZPROMO-nun əsas fəaliyyəti  “Made in Azərbaijan” brendi altında olan məhsulların həm xarici, həm də daxili bazarda təbliğidir:

“Ötən il “Azərixalça” ilə birlikdə dünyanın müxtəlif yerlərində tədbirlər keçirilib və bunun nəticəsində digər illərlə müqayisədə xalçalarımızın ixracı 30 faiz artıb. Biz ümid edirik ki, bu rəqəmlər artacaq. Növbəti illərdə həmkarlarımızla birlikdə bu festivalı daha geniş və mötəbər formada qeyd edəcəyik”.

Almaz Qasımova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir