Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb

Cəmiyyət


Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Abdulla Kənan oğlu Alqayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir