Britni Spirs səkkizillik ayrılığa son qoyur

Mədəniyyət


Dünyanın tanınmış müğənnisi Britni Spirsin səkkiz ildən sonra ilk albomu buraxıla bilər.

Bu barədə “The Sun” öz mənbəsinə istinadən məlumat yayıb.

Buraxılış tarixi dəqiqi göstərilməsə də, 2024-cü ildə olacağı dəqiqləşdirilib.

İnsayder aydınlaşdırıb ki, albom üçün mahnıları Selena Qomes, Qven Stefani, Kamila Kabello ilə işləmiş britaniyalı müğənni və bəstəkar Çarli XCX yazacaq.

Mənbənin sözlərinə görə, müğənnilər Spirsi səhnəyə qaytaracaq super hitlər yaratmağı planlaşdırırlar.

“O, 21-ci əsrin ən böyük ulduzlarından biri kimi tanınır, ona görə də musiqi qüsursuz olmalıdır. Çarli gözəl pop mahnıları necə yazmağı bilir”, – deyə insayder bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir