Heydər Məmmədov: “14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb” – FOTO

Cəmiyyət


Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov 28 dekabr – “Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının təntənəli iclası zamanı çıxış edib.

resmixeber.az xəbər verir ki, mətbuata açıqlama verən baş prokurorun müavini bildirib ki, 2023-cü ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12 434 iş üzrə 13 715 cinayət törətmiş şəxs barəsində – təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib, eyni zamanda, 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib.

“İttiham tərəfi olaraq, prokurorluqda bəraət hökmləri soyuqqanlı opponentliklə qəbul edilir”, – deyən baş prokurorun müavini bildirib ki, əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərərçəkmiş şəxslərin mənafeyi qorunmuş olur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir