Argentina prezidenti xalqını əvvəl təbrik elədi, sonra hədələdi – FOTO

Dünya


Argentina Prezidenti Xavyer Miley Milad bayramı münasibətilə xalqını qeyri-adi tərzdə təbrik edib.

Belə ki, o, özünün sosial şəbəkə hesabından fotosunu paylaşıb: “Bayramınız mübarək və diqqətli olun ki, kommunist olmayasınız”, – yazıb.

Dövlət başçısının paylaşdığı foto xüsusi maraqla qarşılanıb. Belə ki, fotoda Miley əlində beysbol zopası ilə poza verib.

Xatırladaq ki, qəribəlikləri ilə daim gündəmdə olan Argentinanın yeni prezidenti dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılması prosesinə başlayıb. Məlumata görə, təxminən 23 min insan eyni anda işini itirib. O, həmçinin, nazirliklərin sayını 18-dən doqquza endirməyə vəd verib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir