Bakıda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyanın 8-ci sessiyası keçirilir – FOTO

Cəmiyyət


Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyasının (CACFish) növbəti 8-ci Sessiyası öz işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iki gün davam edəcək sessiyanın gündəliyində dayanıqlı inkişaf məqsədləri kontekstində su hövzələrinin və su bioloji resurslarının davamlı idarə olunması yollarının müzakirəsi, region ölkələrinin daxili su hövzələrində balıq ehtiyatlarının öyrənilməsi, balıqçılıq təsərrüfatlarının idarə edilməsi üzrə regional prinsiplərin hazırlanması və sənədlərin qəbulu nəzərdə tutulub.

Sessiyada Azərbaycan, Türkiyə, Qırğızıstan və Tacikistan Komissiyanın üzvləri qismində, Rusiya, Özbəkistan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Monqolustan isə müşahidəçi qismində təmsil olunurlar.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Dövlət Su Ehtiyatları, Azərbaycan Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliklərinin sədrləri və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi iştirak edirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir