Naxçıvanda “Heydər Əliyev ili”nə töhfə olaraq növbəti ağacəkmə aksiyası keçirilib – FOTO

Cəmiyyət


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Babək rayon İcra Hakimiyyəti və Naxçıvan Televiziyası əməkdaşlarının, həmçinin ekokönüllülərin iştirakı ilə Əshabi-Kəhf ziyarətgahına gedən yolun ətrafında növbəti dəfə ağac əkilib.

Nazirlikdən verilən məlumata görə, keçirilən aksiya zamanı ərazidə iqlim şəraitinə uyğun 700 badam ağacı əkilib, yaşıllıq zolağı salınıb.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir