Böyrək çatışmazlığından əziyyət çəkən Orxanın anası fəryad edir: Dəstəyə ehtiyacımız var – FOTO

Cəmiyyət


Səkkiz yaşlı Orxanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Səkinə Əliyeva məlumat yayıb.

O bildirib ki, övladı bir böyrəklə anadan olub.

“Orxanın səkkiz yaşı var, bir böyrəklə doğulub. Beş yaşından isə digər böyrəyində problem olduğunu öyrənmişik. Xəstəliyini bildiyimiz gündən müalicələrini etdirsək də, artıq tükənmişik. Müalicələr üçün aylıq 500-600 manata ehtiyacımız olur. Hər üç-dörd aydan bir isə İran İslam Respublikasına yola düşüb, müayinələrini etdiririk. Hazırda yenidən İrana getməliyik, bunun üçün isə 800 manatımız çatmır. Sizin saytın oxucularının dəstəyi ilə son dövrlər övladımın müalicələrini tam edə bilirəm. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 552-62-81.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir