Zaur Əliyev: “Alınan avadanlıqlar iki il sonra artıq köhnəlmiş hesab olunur”

Cəmiyyət


“Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) ilə bağlı xəstəxanalarda vətəndaşların uzun müddət növbədə gözləməsi ilə bağlı məsələ barədə tədbirlər görüləcək”. 

resmixeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib. 

O bildirib ki, tibb sahəsi o qədər sürətlə inkişaf edir ki, alınan avadanlıqlar iki il sonra artıq köhnəlmiş hesab olunur: 

“Sözügedən avadanlıqlar isə kifayət qədər vəsait tələb edir. Təbii ki, müraciət və tələbatlar nəzərə alınaraq dövlət xəstəxanalarında müvafiq olaraq mərhələli şəkildə tibbi avadanlıqların yenilənməsi təmin edilir. Lakin tibbi cihazların qiymətini nəzərə alsaq, bu prosesin bir anda baş verməsi mümkün deyil. Eləcə də regionlardakı xəstəxanalarda KT və MRT cihazlarının yenilənməsi nəzərdə tutulub. Hətta gələn il ərzində bir neçə xəstəxana üçün bu avadanlıqların təmin edilməsi həyata keçiriləcək”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir