Azərbaycanda qum yatağı hərracda start qiymətindən 20 dəfə baha satılıb

Cəmiyyət


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən hərracda Yevlax rayonunda yerləşən “Qaraoğlan” qum yatağı 831 min manata satılıb.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərracda investorlar arasında sağlam rəqabət nəticəsində son təklif ilkin start qiymətindən (42 560 manat) 20 dəfəyədək çox olub.

Hərracın nəticəsi ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/4agWYjq

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir