Ələt-Astara yolunda qəza olub, xəsarət alan var

Cəmiyyət


Köhnə Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonu ilə Biləsuvar rayonunu birləşdirən yolda qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili ilə “QAZel” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Vüsal Əhməd oğlu İsrafilov xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir