Arvadının sevgilisini bıçaqlayan şəxsə hökm oxundu

Kriminal


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Camal Alıyevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il paytaxt ərazisində qeydə alınıb.

Belə ki, Camal Alıyev rəsmi arvadı, lakin faktiki ər-arvad kimi yaşamadığı qadının onun tanışı, zərərçəkmiş Faiq Məmmədovla (şərti) yaxın münasibətləri olduğunu öyrənib. O buna görə zərərçəkmiş şəxsin yaşadığı ünvanın qarşısına gələrək Faiqi gözləyib. Zərərçəkmiş şəxs həmin vaxt yaşadığı evə gedərkən onu izləyib və daha sonra üzərində gəzdirdiyi mətbəx bıçağı ilə arxadan Faiqə bir dəfə zərbə endirib.

Hadisədən sonra Camal Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir