Pakistan və Əfqanıstan arasında sərhəd qapısı bağlandı – FOTO

Dünya


Pakistan və Əfqanıstan arasındakı “Torkham” sərhəd qapısı bağlanıb.

Buna səbəb yeni sərhəd qapısının inşa edilməsi ilə bağlı müzakirələr olub.

Adının açıqlanmasını istəməyən Pakistan rəsmisi bununla bağlı açıqlamasında İslamabadın “Torkham” sərhəd qapısı yaxınlığında yeni bir sərhəd qapısı inşa etdiyini bildirib.

“Əfqan “Taliban”ı “Pakistana xoş gəlmişsiniz” yazısına etiraz etdi”, – deyə qeyd edib.

Rəsminin verdiyi məlumata görə, hər iki ölkənin sərhəddəki təhlükəsizlik qüvvələri arasında baş verən sözlü atışmalarından sonra “Torkham” sərhəd qapısı sərnişinlər və nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

Digər tərəfdən, rəsmi nümayəndə qeyri-qanuni əfqan mühacirlərin Pakistandan deportasiyasının davam edəcəyini vurğulayıb.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir