İsrail təhlükəsizlik qüvvələri HƏMAS-la əlaqədə şübhəli bilinən mindən artıq insanı saxlayıblar

Dünya


Son iki ayda İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində Fələstinin HƏMAS radikal hərəkatı ilə əlaqəli terror fəaliyyətlərində şübhəli bilinən 1200-dən çox insanı saxlayıblar.

Bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.

“Yəhudeya və Samariyadakı Mərkəzi Komandanlıqda (İsrailin İordan çayının qərb sahilinə verdiyi ad – red.) biz terrorizmə qarşı mübarizəni gücləndiririk, deməliyəm ki, indiyə qədər bunu böyük müvəffəqiyyətlə edirik. Son iki ayda 1,2 mindən çox HƏMAS yaraqlısı saxlanılıb, onların bir çoxu keçmişdə (terror) çox ciddi hücumlar həyata keçirmiş terrorçulardır və bəziləri gələcəkdə hücumlar etməyi planlaşdırırdılar”, – deyə o, bildirib.

Halevi əlavə edib ki, İordan çayının qərb sahilində bu antiterror reydləri zamanı şübhəlilərin öldürülməsi halları da olub.

“Onlar saxlanılıb və ya öldürülüb, biz bu səyləri davam etdirmək üçün qərarlıyıq”, – deyə qərargah rəisi bildirib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir