İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb – FOTO

Kriminal


İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisində yerləşən avtomobil ehtiyat hissələri satılan mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ağası Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs qeyd edilən mağazaya qanunsuz daxil olduğunu və orada 2 000 manat pul oğurladığını etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, A.Rəsulov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir