Güney Azərbaycanda sürücülər etiraz aksiyası keçiriblər – FOTO

Dünya


Dünən Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində sürücülər etiraz aksiyası keçiriblər.

“Azad Iran” “Telegram” kanalı xəbər verir ki, məlumata görə, şəhərdaxili mikroavtobus sürücüləri əyalətin Yol və Nəqliyyat İdarəsinin qarşısına toplaşaraq, hökumətin təyin etdiyi aylıq yanacaq kvotasının azaldılmasına etiraz ediblər.

Belə ki, hökumətin qərarı ilə hər mikroavtobus üçün nəzərdə tutulan aylıq 1000 litr yanacaq kvotası 790 litrə endirilib.

Qeyd edək ki, narazı sürücülər bu qərarın onların ehtiyaclarını ödəmədiyini və azad bazardan daha baha qiymətə yanacaq almaq məcburiyyətində olduqlarını deyiblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir