Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, 1 ünvanında yaşıllıq ərazi hasarlanıb.
Bu barədə resmixeber.az-a ərazidə yaşayan sakinlər bildiriblər.
Qeyd edilib ki, şosenin Motodrom yaşayış massivi ərazisində küknar ağacları məhv edilir.
Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.
Qurumdan resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, küknar ağaclarının olduğu sahənin hasarlanması faktı təsdiqlənib:
“Aidiyyəti qurumlar tərəfindən Motodrom yaşayış massivi ərazisində 400 kvadratmetr ərazinin hasarları sökülüb”.
İlhamə Əbülfət
www.RESMIXEBER.az