Türkiyədə 10 mərtəbəli ticarət mərkəzi kül oldu – VİDEO

Dünya


Bursanın Özlüce rayonunda Ahmet Taner Kışlalı bulvarında yerləşən 10 mərtəbəli iş mərkəzində yanğın baş verib.

Hadisə biznes mərkəzinin alt mərtəbəsindəki kafedən başlayıb.

Yanğın qısa müddətdə bütün binanı bürüyüb.

33 texnika və 100 nəfərlik canlı qüvvə ilə yanğın söndürülüb.

Yanğında can itkisi olmasa da, yaxınlıqdakı avtomobillər və binadakı ofislər yararsız hala düşüb.

İnsidentlə bağlı araşdırmalar aparılır.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir