İspaniyada iki milyondan çox insan etiraz aksiyası keçirib

Dünya


Bazar günü İspaniya sosialistləri ilə Kataloniyada millətçi partiyalar arasında razılaşmaya qarşı keçirilən etiraz aksiyalarında ilkin məlumata görə, iki milyondan çox insan iştirak edib.

Bu barədə İspaniyanın “ABC” qəzeti xəbər verir.

Madriddə və İspaniyanın 50-dən çox şəhərində, o cümlədən ölkənin muxtar icmalarının və əyalətlərinin paytaxtlarında “Xalq Partiyası”nın çağırışı əsasında mitinqlər keçirilib.

“Xalq Partiyası”nın etirazlarını sağçı “Voks” partiyası dəstəkləyib. Onun lideri Santyaqo Abaskal sosialistlərə qarşı daimi etiraz aksiyası təşkil etməyə çağırıb. Nümayişçilər arasında ümumi tətil keçirməyə çağırışlar da olub.

Etiraz aksiyalarının iştirakçıları, xüsusən də sosialist lider Pedro Sançesi baş nazir postuna namizədliyi ilə bağlı səsvermədə parlament çoxluğunun dəstəyini təmin etmək üçün lazım olan bir neçə səs müqabilində İspaniyanı satmaqda ittiham edirlər.

Parlamentdə müzakirələrin və səsvermənin tarixinin yaxın günlərdə müəyyən ediləcəyi gözlənilir.

Mənbə: Interfax

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir