Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib – FOTO/VİDEO

HƏRBİ


Azərbaycan Respublikasının Dövlət Bayrağı Günündə Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.

Tədbirdə çıxış edən zabit, əsgər və valideynlər şəxsi heyətə vətənpərvər, yenilməz, mübariz, Vətənə, dövlətə və öz Ali Baş Komandanına sadiq olmağı, əcdadların hərbi ənənələrini layiqincə davam etdirməyi arzulayıblar. 

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov Zəfər və Dövlət Bayrağı Günləri, həmçinin andiçmə mərasimi müasibətilə şəxsi heyəti təbrik edib.

Bildirilib ki, Azərbaycan xalqı bu il Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Çünkü xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağı işğaldan azad edilən torpaqlarda, ölkənin bütün suveren ərazilərində qürurla dalğalanır.

General-mayor Rəhim Cəfərov çıxışının sonunda hərbi andı qəbul edən əsgərlərə xalqa qələbə sevinci yaşadan hərbi qulluqçuların davamçıları olaraq şərəfli xidmətlərində uğurlar arzulayıb.

Şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə mərasim başa çatıb.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir