Ali Məhkəmənin əməkdaşları “Xarı bülbül” zirvəsinə yürüş ediblər

Cəmiyyət


Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşları 8 Noyabr – Zəfər Günü münasibətilə “Xarı bülbül” zirvəsinə yürüş ediblər.

Bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.

Dəniz səviyyəsindən 2 783 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Xarı bülbül” zirvəsinə qalxan əməkdaşlar burada Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər, Ali Məhkəmənin rəmzi olan bayrağı dalğalandıraraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad ediblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir