Bu gün Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ-nin Dövlət katibi Antoni Blinken arasında baş tutan təkbətək görüşün bəzi detalları məlum olub.
Türkiyə XİN-inə yaxın mənbələrdən əldə edilən məlumata əsasən, iki ölkənin rəsmiləri Qəzzada mülki şəxslərin taleyi, eyni zamanda, humanitar yardım dəhlizi ilə bağlı məqamlar üzərində xüsusi dayanıblar.
Həmçinin, İsveçin NATO-ya qəbulu prosesi də müzakirə predmeti olub.
13:10
Türkiyənin paytaxtı Ankarada bu ölkənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Tərəflər Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edəcəklər.
Müzakirələrdən sonra onların birgə mətbuat konfransı keçirmələri gözlənilir.
www.RESMIXEBER.az