Masallıda gənc qadının qətli ilə bağlı cinayət işi başlanıb, atası saxlanılıb – YENİLƏNİB

Kriminal


Noyabrın 7-də saat 5 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı Rayon Prokurorluğuna məlumat daxil olub.

Masallı Rayon Prokurorluğundan “resmixeber.az”a verilən məlumata görə, araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

07:18

Noyabrın 7-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Salatın Hüseyn qızı Fətullayevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə qadının atası, 1969-cü il təvəllüdlü Hüseyn Qurban oğlu Şükürov şübhəli bilinir. O, saxlanılıb.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir