Bakıda avtomobil Türkiyə vətəndaşını vuraraq öldürüb – YENİLƏNİB + FOTO

Cəmiyyət


Bakıda ötən gün qəzada ölən şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.

resmixeber.az xəbər verir ki, ötən gün Səbail rayonu, Salyan şosesində 1997-ci il təvəllüdlü Məhəmməd Tağıyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Sabit Bildimi vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.

08:58

Bakının Səbail rayonunda qəza zamanı bir nəfər ölüb.

resmixeber.az xəbər verir ki, hadisə Salyan şosesində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobil yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçən 35-40 yaşlı kişini vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Dərhal hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir