Belarusun ən qədim taxta tikilisi muzey kimi fəaliyyət göstərəcək – FOTO

DIN


Belarusun Qrodno şəhərində yerləşən, inşası XVII əsrə aid lyamus (taxta tikili) muzeyə çevriləcək.

İnşası zamanı bir ədəd də mismardan istifadə edilməyən tikilidə tezliklə qədim məişət həyatına həsr olunmuş muzey sərgisi təşkil ediləcək.

Qeyd olunur ki, qədim tikilinin interyerinin bəzədilməsi və orada muzey sərgisinin yaradılması dörd il vaxt aparıb. İş polşalı bərpaçıların iştirakı ilə həyata keçirilib.

İnşasının ilk illərində taxta lyamus rahibələrin yataqxanası olub, sonra isə anbar kimi istifadə edilib.

Sovet dövründə isə burada psixiatriya xəstəxanası fəaliyyət göstərib.

Mənbə: Sputnik Belarus

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir