Bakıda “Bentley” markalı avtomobil qəza törədib: Yaralanan var

Cəmiyyət


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Bentley Bentayga” markalı “M011UX” Rusiya dövlət nömrə nişanlı avtomobil yol kənarındakı köşkə çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzada bir qadın ağır dərəcəli xəsarətlər alıb.

Həmçinin, hadisə nəticəsində avtomobilə və köşkə ciddi ziyan dəyib.  

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir