“Otis” qasırğası Meksikada Akapulkonun sahilini vurdu: Küləyin sürəti fantastik həddə çatdı – VİDEO

Dünya


Çərşənbə günü səhər saatlarında Meksikanın Akapulko şəhəri yaxınlığında 5-ci kateqoriyaya aid “Otis” qasırğası baş verib. Ən uzunmüddətli küləklərin sürəti 265 km/saata çatıb.

Bu barədə Meksikanın Milli Qasırğa Mərkəzi məlumat verib.

Sinoptiklərin verdikləri məlumata görə, “Otis” qasırğası çərşənbə axşamı günü axşam saatlarında Akapulko yaxınlığında sahilə yaxınlaşmağa başlayıb və Meksikanın cənubu üçün “kabus ssenarisi” yaşadıb, çünki o, dağıdıcı küləklər, güclü yağış və təhlükəli fırtına dalğası ilə çox ağır fəsadlara gətirib çıxara bilər.

Qasırğanın ocağı kurort şəhəri yaxınlığında sahilə doğru hərəkət edir.

Meksika Prezidenti Andres Manuel Lopes Obrador, Akapulkonun da daxil olduğu Gerrero əyalətinin sahil sakinlərinə sığınacaq axtarmağı və tufandan əvvəl çaylardan və dərələrdən uzaq durmağı xahiş edib.

Mənbə: CNN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir