Gəncədə şirniyyat istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Cəmiyyət


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə fəaliyyət göstərən “Ballı” şirniyyat istehsalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb.

Agentlikdən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Təbriz küçəsi, 100 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zaur Füzuli oğlu Yusibova məxsus “Ballı” şirniyyat istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir