“Sülh, ədalət istəyirik” – Bakıdakı beynəlxalq konfransda Fransaya ÇAĞIRIŞ

Dünya


“Biz artıq 4 əsrdir ki, Fransanın müstəmləkəçiliyindən əziyyət çəkirik”. 

resmixeber.az-ın məlumatına əsasən, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı nümayəndəsi Jan Jakob Bisep deyib.

Bisep bildirib ki, Fransa Qvadelupada xeyli cinayət törədib. 

“Fransa törətdiyi cinayətlərdə xeyli insanı öldürüb. Bu günə qədər Fransa ölən insanların sayını gizlətməyə çalışır. Qvadelupa daim qaynayır, Fransaya qarşı mitinqlər keçirilir. Yüzlərlə insan polis tərəfindən tutulub. Onların bir çoxu məhkəməsiz həbs edilib”, – deyə o əlavə edib. 

Onun sözlərinə görə, Fransa Qvadelupada imperialist siyasəti həyata keçirir, təbii sərvətlərin istismarında dominantlıq edir.

“Bütün torpaqlar fransalı şəxslərə məxsusdur. Biz barbarlıq istəmirik. Biz sülh və təhlükəsizlik, ədalət istəyirik”, – deyə Bisep əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir