Məktəb rəhbərliyi şagirdləri pirə aparıb, “dilək ağacı” ətrafında fotosunu çəkib – FOTO

Cəmiyyət


Qazax rayonunda məktəb şagirdləri pirə aparılıblar.

Bu barədə Qazax rayonunun Cəfərli kənd tam orta məktəbinin “Facebook” səhifəsində paylaşım edilib.

Belə ki, məktəb şagirdləri rayondakı pirlərdən birinə aparılıb və “dilək ağacı” ətrafında onların fotosu çəkilib.

Edilən paylaşım müzakirələrə səbəb olub.

Məsələ barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib:

“Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yanlışlıqla məktəbin rəsmi “Facebook” səhifəsində paylaşılıb”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir