Vəkil: “Ali Məhkəmənin ədalətli qərarı məhkəmə sistemindən əlini üzmüş vətəndaşa ümid oldu”

Cəmiyyət


“03.05.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində bir mülki iş üzrə yekun qətnamə qəbul edildi. Apellyasiya şikayətimiz təmin edilmədi. Birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsi qüvvədə qaldı. Müdafiə etdiyim şəxs dövlətin adından qərar çıxaran məhkəmədən əlini tamamilə üzdü. Bu, vətəndaşın dövlətə olan ümidinin üzülməsi demək idi”.

Bu barədə vəkil Əziz Qənbərli “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, daha sonra kassasiya şikayəti verilib və Ali Məhkəmə sözügedən qətnaməni ləğv edib.

“İnam Kərimov təxminən bir ay olardı ki, Ali Məhkəməyə sədr təyin edilmişdi. Onun təyinatından sonra məhkəmə sistemində köklü dəyişikliklər olacağına ümidim yaranmışdı. Ali Məhkəmənin Mülki Kollegiyasında verilən qərar bu ümidin boşa çıxmadığını sübut etdi. Mülki Kollegiyada islahatlar Sənan Hacıyev təyin ediləndən büruzə verirdi. İnam Kərimovun təyinatı isə Sənan müəllimə daha qətiyyətli olmağa zəmin yaratdı. Yuxarıda qeyd etdiyim qətnamənin ləğv edilərək ədalətli qərar qəbul edilməsi məhkəmə sistemindən əlini üzmüş vətəndaşa ümid oldu. Buna görə Ali Məhkəmənin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm”, – deyə o qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir