Türkiyədən qanunsuz yolla çıxarılan 37 tarixi əsər geri qaytarıldı – FOTO

Dünya


İsveçrə Federal Mədəniyyət İdarəsinin səlahiyyətliləri tərəfindən Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirildiyi müəyyən edilən 37 ədəd tarixi əsər ölkəyə təhvil verilib.

Əsərlər Türkiyə ilə İsveçrə arasında 15 noyabr 2022-ci ildə imzalanmış Arxeoloji Mədəni İrsin Qorunması haqqında Saziş çərçivəsində geri qaytarılıb.

Əksəriyyəti Urartu dövrünə aid tunc əşyalardan ibarət olan tarixi əsərlər arasında 6 min illik Kusura tipli büt də var.

İsveçrəyə qeyri-qanuni yolla gətirilərək Türkiyəyə qaytarılan əsərlər arasında Roma dövrünə aid tunc qablar, at qoşqu hissələri, maral heykəlciyi və gümüş vaza parçası kimi mədəni sərvətlər də mövcuddur.

Mənbə: TRT

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir