Xűsusən bayramlarda,őzəl gűnlərdə gűndəmə gələn dəyərli “hədiyyə” problemi aktuallıgını saxlamaqdadır.Bayram őncəsi və sonrası məktəblərdə iş o yerə çatır ki,cənab nazirimiz műraciət edərək hədiyyə adı altında műəyyən məbləglərdə pul yılmasının qadagan oldugunu bəyan edir.Və hər il bu qadaga təkrarlanır.Amma….
Şűbhəsiz ki ,ővladına biganə műnasibəti,geri qalmama prinsipini őnəmsəyən valideyn, hansısa bir şəkildə műəllimi təbrik etməyə çalışır.Təbrikdən razı və narazı műəllimin reaksiyasını da səbirsizliklə gőzləyir və őyrənir də.Bəli,bəli…
Məqsədim heç də hansısa műəllimin fəaliyyətinə kőlgə salmaq deyil,xűsusən də sertifikasiyadan yenicə keçib rahatlandıqları vaxtda.Sadəcə hədiyyə anlayışına daha yaxından nəzər salmaq,xatırlatmaqdır.Hədiyyə nədir? Kimə?Nə zaman?Niyə verilir?
Dinimiz Islamda da hədiyyənin verilməsi műstəhəb sayılır vẹ bildirilir ki;
*Məcbur edərək alınan hədiyyə səhih deyildir
*Hədiyyə Allahu Təalanın gőndərdiyi gőzəl bir ruzidir.Qəbul edən bu ruzini qəbul etmiş sayılır ,rədd edẹn isə rədd etmiş olur.
*Pul istisna olmaqla istifadə olunan əşya hədiyyə olar.
*Zorla hədiyyə olmaz.
*Allah yolunda sevdiyin insana sevgini bildirmək daha qalıcı,səbat vericidir.
Bəli ,hədiyyə ilə baglı xeyli maarifləndirici məlumatlar var dini kitablarda.Hədəfdən yayınıb sizi bu məlumatlarla yormaq fikrində deyiləm.Ancaq verilən hədiyyələrdən narazı olan műəllimələrə səslənirəm! .Əvvəla dővlətimizin çox gőzəl qayda- qanunları mővcuddur ki, bu qaydalarda da birmənalı olaraq důşűndűyűnűz “hədiyyə” anlayışı rűşvət sayılır və bu yolverilməzdir!Şűkűrlər olsun ki əvvəlki illərlə műqayisədə maaşınız qat-qat artırılıb!Əlavə olaraq repititorluq fəaliyyətinizə gőrə dővlətə vergi vermirsiniz!
Gəlin nəsildən -nəslə keçərək bugůnůműzədək gəlib çatmış hədiyyə anlayışını maddi gəlirə çevirib ,onun dəyərini ucuzlaṣdırmayaq!Kitab,açıqca,xoş sőz,xoş arzularla,sevərək verəcəyimiz hədiyyələrin dəyərini,gizlicə,űrəksiz,məcbur verilən hədiyyələrə dəyişməyək!Və ən əsası bu dəyişikliyə səbəb olan valideynlər !Heç kim sizi məcbur edə bilməz!
Sőzsűz ki,şəxsiyyətinə xələl gətirməyən,dəyəri gőzlərimizdə ildən -ilə artan ,vətən xalq űçűn əsl şəxsiyyət yetişdirən műəllimlərimiz də az deyil.Məhz belə műəllimlərimiz műəllimlik zirvəsinin sahibləridir.Ən dəyərli hədiyyələri-Őműrlərini bizə fəda edən Műəllimlərimiz Var Olsun!
JURNALIST ELNARƏ ABBASOVA