Yevlaxda birmərtəbəli evdə yanğın olub

Cəmiyyət


Yevlax şəhərinin Nəmirli kəndində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli, 2 otaqlı evin (daşıyıcı divarları saman və doldurma palçıqdan ibarət) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az