Bakıda narkotik satışında təqsirləndirilən şəxsə hökm oxunub

Kriminal


Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Kənan Əliyevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“resmixeber.az” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı K.Əliyevin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, K.Əliyev ötən ilin oktyabrında Qaradağ rayonu ərazisində saxlanılıb.

Belə ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ondan 10 kq heroin aşkar edilərək saxlanılıb.

Ona qarşı 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə ittiham olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir