Tələbələr “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar – FOTO

Cəmiyyət


2023-cü il oktyabrın 7-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.

Tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov tələbələrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir