“Müəyyən şəxslər ali təhsili yalnız diplom naminə almaq istəyirlər və bu, düzgün yanaşma deyil”

Cəmiyyət


“Müəyyən şəxslər ali təhsili yalnız diplom naminə almaq istəyir və bu, düzgün yanaşma deyil”.

Bunu “resmixeber.az”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, Azərbaycanda orta nəticələrlə ali məktəbə qəbul olmaq mümkündür:

“Təbii ki, müsabiqədə yüksək olan ixtisaslar da var və daha bilikli olanlar həmin ixtisaslara yiyələnə bilirlər. Bu da ədalətli prinsipdir. Bu gün ali məktəblərə qəbul planının sayı çoxalıb. Misal olaraq, bu tədris ilində ali məktəblərə 60 minə yaxın şəxs qəbul olub. Halbuki əvvəllər bu göstərici 20 min idi. Ona görə də Azərbaycanda plan yerləri varsa, xaricə təhsil almağa getməyə ehtiyac da yoxdur”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir