Sankt-Peterburq avtovağzalında silahlanmış təqaüdçü qadın saxlanıldı – FOTO

Dünya


Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları avtovağzalda təqaüdçü qadını tərk-silah ediblər.

Yerli sakin olan yaşlı qadının səyahət çantasının içində “İJ 78-8” markalı qaz tapançası və yeddi patron tapılıb. Silah introskop yoxlaması zamanı aşkarlanıb.

Vağzalın işçiləri silahı gördükləri zaman həyəcan siqnalı veriblər. Sonradan məlum olub ki, silah qeydiyyata alınmayıb, təqaüdçünün özü də tapançanın sahibi kimi qeydiyyatda deyil.

Qadın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib.

Mənbə: MK.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir