Gənc rejissorun filmi beynəlxalq festivalda “Ən yaxşı bədii film” nominasiyasında qalib olub – FOTO/VİDEO

Mədəniyyət


Səməd Ağayevin “Salam İsa” adlı qısametrajlı filmi, Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (ВГИК) tərəfindən keçirilən “Восхождение” MDB ölkələrinin beynəlxalq tələbə film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. Mükafatı dünya şöhrətli rejissor Emir Kusturitsa təqdim edib.

Festivalın müsabiqəsində 43 film iştirak edib. Film, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasından bu il məzun olan rejissorun diplom işidir. 

Dram və mistika janrında çəkilən filmin ssenarisi, Xalq şairi Ramiz Rövşənin “Bir səhər yuxudan durub…” şeirindən ilhamlanaraq, real hadisələr və yuxular əsasında yazılıb.

Filmdə baş rolları Rafael Şahbəyli, Əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədov canlandırıblar. Həmçinin filmdə, Əməkdar artist Gülər Nəbiyeva, Nicat Əsgərzadə, Sunay Həsən və Səid Məmmədov oynayırlar.

Filmin baş prodüser, ssenari müəllifi və quruluşçu rejissoru Səməd Ağayev, həmprodüseri Murad Şükürlü, quruluşçu operatoru Orxan Məmmədov, bəstəkarı Vüqar Məmmədzadə, quruluşçu rəssamı Elturan Məmmədov, səs rejissoru Nadir Mahmudovdur.

Filmin treyleri: 

Qalibiyyətin elan olunması: 

1-ci kanala müsahibə: 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir