Rusiya vilayətində fövqəladə vəziyyət elan edilib

Dünya


Lipetsk hakimiyyəti bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq edib. “Buna səbəb su kəmərində baş vermiş qəzadır”, – deyə şəhərin meri Yevgeniya Uvarkina bildirib.

O, “Telegram” kanalında yerli fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Bələdiyyə sədrinin sözlərinə görə, qəzanın nəticələri tezliklə aradan qaldırılacaq.

Qeyd edək ki, cümə axşamı Lipetskdə Qaqarin və Tsiolkovski küçələrinin kəsişməsində su borusu partlayıb. Bu səbəbdən 3, 4, 8 saylı mikrorayonlarda aparılan bərpa işləri ilə əlaqədar istehlakçılara suyun verilməsi dayandırılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir