Şəhidin yeni doğulan əkiz övladları üçün hesab açılacaq – FOTO

Cəmiyyət


Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fonddan verilən məlumata görə, bu məqsədlə 2000 manat vəsait ananın hesabına köçürülüb.

Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 000 manat vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.

Qeyd edək ki, fondun “Onlar bizə əmanət” layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.

Xatırladaq ki, Səbuhi Əliyev 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub və bir həftə öncə Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir