Teymur Musayev: “Əhalinin geniş tibbi imkanlardan yararlanması üçün yeni qaydalar hazırlanır”

Cəmiyyət


“Əhalinin daha geniş tibbi imkanlardan yararlanması üçün yeni qaydalar işlənib-hazırlanır. Yaxın zamanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

resmixeber.az xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) media nümayəndələri üçün “Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, əhalinin sağlam inkişafı üçün zəruri addımlar atılır:

“Gələcəkdə əhalinin tibbi xidmətlərə əlçatanlığını və keyfiyyətli xidməti artırmaq üçün icbari tibbi sığorta sistemi təkmilləşdiriləcək.

Bu işdə Səhiyyə Nazirliyi, İTSDA və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında danışıqlar gedir. İlkin mərhələdə müsbət nəticələr əldə edilib. Məqsəd ölkə əhalisinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsidir. İnanıram ki, vətəndaşlara təqdim edilən yeni “Xidmətlər zərfi” hər kəs üçün daha rahat olacaq”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir