Türkiyə Superliqası: “Adana Demirspor” “Beşiktaş”ı dörd qolla məğlub edib – VİDEO

Dünya


Türkiyə Superliqasının 3-cü turunun ertələnmiş matçında “Adana Demirspor” öz meydanında İstanbulun “Beşiktaş”ını qəbul edib.

resmixeber.az xəbər verir ki, Yeni Adana Stadionunda keçirilən oyun ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Mavi şimşəklər”in qollarını 8-ci dəqiqədə Yunes Belanda, 17-ci dəqiqədə Mbay Nyanq, 59-cu dəqiqədə Emre Akbaba və 75-ci dəqiqədə Yusuf Erdoğan vurublar. “Ağ-qaralar”ın heyətində isə 79-cu dəqiqədə Vensan Abubakar və 89-cu dəqiqədə kosovalı Milot Raşitsa fərqləniblər.

Tarixində ilk dəfə “Beşiktaş”a 4 qol vura bilmiş “Adana Demirspor” rəqibini 35 il aradan sonra ilk dəfə yenib. İstanbul təmsilçisi “Trabzonspor” səfərindəki 3:0 hesablı ağır məğlubiyyətdən sonra ard-arda ikinci dəfə səfərdə qapısından xeyli sayda top buraxaraq yenilib.

Qeyd edək ki, hazırda “Adana Demirspor”un 11, “Beşiktaş”ın isə 10 xalı var. Komandalar müvafiq olaraq 3 və 6-cı pillələrdə qərarlaşıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir