İranda güneyli fəalların sıxışdırılması davam edir – FOTO

Dünya


Güney azərbaycanlı milli fəallar Yunis Quluzadə və İbrahim Asimani Təbriz şəhər Prokurorluğunun 15-ci şöbəsinə çağırılıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, məhkəmənin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəallardan sentyabrın 27-də Təbrizin İnqilab Prokurorluğunda olmaları tələb edilib.

Fəallara qarşı “vəzifə səlahiyyətlərini yerinə yetirən polis əməkdaşlarına tabe olmamaq və ictimai asayişi pozmaq” ittihamları irəli sürülüb.

Qeyd edək ki, son günlər saxlanılan fəallardan məlumat alınmaması ilə bağlı bir sıra xəbərlər yayılıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir