Ermənistanda sosial şəbəkələrdə zorakılıq çağırışları edən adama qarşı cinayət işi açılıb

Dünya


Ermənistan İstintaq Komitəsi “Vahan Loretsyan” adı ilə fəaliyyət göstərən “Facebook” istifadəçisinə qarşı zorakılıq çağırışlarına görə cinayət işi açıb.

Ölkənin İstintaq Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, sentyabrın 19-da İrəvanda keçirilən aksiyalar zamanı bu səhifədə aşkar zorakılıq çağırışları olan yazılar dərc edilib. “Hamı meydana, aşağıdan yuxarı hamını öldürün”, başqa bir paylaşımda “Hamı birlikdə meydana, bunların hamısını qovun” yazılıb.

Hazırda faktla bağlı ilkin araşdırma aparılır, istifadəçinin tapılaraq saxlanılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, dünən etirazçılar hökumət binası yaxınlığında toplaşıb, İrəvanın mərkəzində Respublika meydanına gedən bütün keçidləri bağlayıblar.

Mənbə: Sputnik Ermənistan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir