Terror aktında həlak olan polis Xəzər Zamanovla vida mərasimi keçirilir – CANLI YAYIM + FOTO

Cəmiyyət


Dünən Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun Əhmədbəyli-Füzuli-Şuşa yolunda quraşdırdığı minanın partlaması nəticəsində həlak olan polis Xəzər Azər oğlu Zamanovla vida mərasimi keçirilir.

resmixeber.az xəbər verir ki, mərasim Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi, ev 9-da keçirilir. Xəzər Zamanovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra Xəzər Zamanov Günəşli qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Daha çox şəkil burada: PhotoStock.az

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir