Abşeronda başqası ilə yaşayan hamilə qadın əri tərəfindən bıçaqlanıb – FOTO

Kriminal


Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb.

resmixeber.az xəbər verir ki, hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 19 yaşlı Aynur Zahid qızı Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Onun anası Ruhiyyə resmixeber.az-ya bildirib ki, qızı Aynur ikiaylıq hamilə imiş, o sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub.

Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni Xırdalan şəhərinə gedib.

Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb.

Alim bundan hiddətlənərək həyat yoldaşını bıçaqlayıb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir