Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və təminatla bağlı məlumat yaydı – VİDEO

HƏRBİ


Azərbaycan Ordusunun bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.

Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir.

Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksəkkalorili isti qida ilə fasiləsiz təmin olunur.

MN-in məlumatında vurğulanır ki, peşəkar hərbi qulluqçularımız hər an ehtimal olunan istənilən təxribatın qarşısını almağa hazır və qadirdirlər.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir