NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimini keçirəcək

HƏRBİ


NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır.

Məlumata görə, “Yenilməz müdafiəçi” adlanan manevrlərə ən azı 41 min əsgər və 50-dən çox gəminin cəlb ediləcəyi və təlim zamanı 500-700 döyüş uçuşunun həyata keçiriləcəyi gözlənilir. Təlimlərdə real coğrafi məlumatlardan istifadə etmək planlaşdırılır.

Təlimdə Rusiyanın alyansa üzv olan ölkələrdən birinə qarşı ehtimal olunan təcavüzü “dəf olunacaq”. İddialara görə, NATO bu manevrləri Moskvaya alyansın müharibəyə hazır olduğunu nümayiş etdirməyin əsas hissəsi kimi qiymətləndirir.

Qeyd edək ki, təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. NATO-ya üzv 31 ölkə ilə yanaşı, hələ də Türkiyə və Macarıstandan alyansa daxil olmaq üçün təsdiq gözləyən İsveç də iştirak edəcək.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir