Bərdə Rayon Mərkəzi Xəstəxanasında internet problemi: İnsanlar saatlarla dəhlizdə əziyyət çəkiblər – VİDEO

Cəmiyyət


Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlar qəbul şöbəsində qeydiyyatdan keçə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, internet olmadığından müvafiq sistemə giriş çətinləşib.

İsti hava və sıxlığa dözməyən bir nəfər burada huşunu itirib.

Xəstəxanaya müraciət edən insanlar saatlarla dəhlizdə əziyyət çəkiblər.

Məsələ ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov bildirib ki, bir neçə gün internet şəbəkəsində problem olub. Nəticədə belə vəziyyət yaranıb. Tibb müəssisəsi yüksəksürətli internetlə təmin edilmədiyindən proqramların tətbiqində çətinliklər yaranıb. Əlavə olunub ki, artıq problem həllini tapıb.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir